Vladimir Putin BƏƏ-yə və Səudiyyə Ərəbistanına səfər edəcək
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib

Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nümayəndələri ilə görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq, beynəlxalq vəziyyət və Fələstin-İsrail münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Dmitri Peskovun sözlərinə görə, səfər əsnasında, həmçinin neft bazarında koordinasiyalı fəaliyyət barədə də danışıqlar aparılacaq.