XƏBƏRLƏR / Rəsmi

Vladimir Putin İlham Əliyevlə telefonla danışıb

Rusiya və Azərbaycan prezidentləri Azərbaycan-Ermənistan sərhədində vəziyyəti nəzərdən keçiriblər

Vladimir Putin İlham Əliyevlə telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • AzərbaycanRusiya prezidentlərinin rəsmi saytları söhbət haqda eyni mətnli məlumat yayıblar:

    "Ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi ətraflı müzakirə edilib.

    Cənubi Qafqaz regionunda mövcud vəziyyət nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımların vacibliyi qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında bütün müvafiq sazişlərin ən yüksək səviyyədə qeyd-şərtsiz yerinə yetirilməsinə sadiqlik bir daha təsdiqləndi.

    Müxtəlif formatlarda əlaqələrin davam etdirilməsi razılaşdırılıb."