"VMF" İstiqraz sahiblərinə ilk faiz ödənilib
“VMF” istiqraz sahiblərinə ümumilikdə 32 500 manat həcmində faiz ödənişi edilib
Hörmətli VMF istiqraz sahibləri!
Bu hesabatla “VMF” şirkəti rüb yekunlarını ümumiləşdirir və tədavül müddəti 18 ay olan 1,000,000 manat həcmindəki istiqrazlarının ilk faiz ödənişi barədə dəyərli istiqraz sahiblərinə dolğun məlumat təqdim edir:
İndi olduğumuz nöqtəyə gəlmək üçün inkişaf yolumuzu izləməyiniz bizim üçün vacibdir. Əsas odur ki, bundan sonra hara getməyi planlaşdırdığımızı və planlarımızın və ideyalarımızın nə dərəcədə mümkün olduğunu biləsiniz.
Keçən rüb bizim üçün bir növ təşkilatlanma dövrü oldu və bu, bazarımızda səmərəli işləyə, qarşımızdakı iddialı strateji hədəfləri dəf edə biləcəyimizə real sübut oldu. Hətta keçən rüb ərzində Qarabağda aparılan antiterror tədbirləri və beynəlxalq geosiyasi turbulentlik şəraitində işləməyimiz bizə qarşımızda qoyduğumuz planlara nail ola biləcəyimizə inam verdi. Eyni zamanda, keçən rüb biz “VMF” olaraq inkişafımızı təmin edəcək üç əsas istiqaməti əhatə edən strategiyamızın aydın cizgilərini gördük.
- Təlimlər və yeni texnologiyalar
Biz effektiv treninq komandası yaratdıq və dayanmadan salon məsləhətçiləri və direktorlara dərslər keçirdik. Bu təlimlərdə yeni əməkdaşlara satış psixologiyası, brendlər və mühasibatlıq əsaslarından əlavə Azərbaycan tarixi, ədəbiyyatı və hətta “Qurani Kərim”in ticarətlə əlaqəli ayələrini də tədris etməklə, onlarda şəffaflıq, dürüstlük və yüksək satış mədəniyyətini aşılayırıq.
Bundan əlavə, satışdan sonra təmir xidmətimizin əməkdaşlarına daim ixtisasartırma təlimləri keçirilməklə, yeni avadanlığın alınması və daha böyük istehsalat ərazilərində yerləşdirilməklə, “VMF” brendlərindən əlavə, saatsazlarımız digər saat brendlərinin təmiri ilə də məşğul olmağa başlayıblar.
- Biznes
Bir şirkət olaraq, maliyyə hədəflərimizi təyin edərkən, hər il satışları artıraraq strateji perspektivlərimizi müəyyən edirik. Bunun üçün ən vacib olan alət uçotu daim nəzərdə saxlayan maliyyə- mühasibatlıq proqramıdır. Bu məqsədlə “VMF” şirkəti maliyyə uçotunu üzrə ən yeni texnoloji həllərə yatırım edərək, artıq maliyyə uçotu daha detallı və dövlət fiskal qurumlarına hesabatları daha rahat avtomatlaşdırılmış rejimdə təqdim edəcək.
Bütün salonlarımızı yeni kompüter avadanlığı ilə təchiz etməklə onları ümumi kompüter şəbəkəsinə daxil edib mərkəzə tabeçiliyini minimuma endirərək, satışları daha operativ və istehlakçı üçün maksimum rahat etdik. Belə ki, istehlakçılar rahatlıqla digər salonlarımızda olan saatlarımızı da görərək seçimlərini daha da genişləndirə bilərlər.
- Reklam
Sözsüz ki, inkişafın mühərriki reklamdır və “VMF” bu alətdən peşəkarlıqla istifadə edərək salonlarımıza kifayət qədər müştəri gətirir. Küçə lövhələrində, sosial şəbəkələrdə, digər media vasitələri ilə “VMF” məhsullarının reklamları istehlakçılara evdən çıxmadan istədiyi məhsullara sahib olmaq imkanı yaradılıb. Eyni zamanda, yaratdığımız sürətli çatdırma xidmətimiz maksimum bir gün ərzində seçilən məhsulları sahibinə çatdırır.
Bütün bunların fonunda “VMF” şirkətinin marketinq və reklam strategiyasının inkişafına önəmli investisiya etməsi, “VMF” istiqraz sahiblərinin şirkətin artan tendensiya ilə inkişafına şahid olması üçün bariz nümunədir.
Xatırladaq ki, “VMF” istiqrazlarının yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) 100% uğurla həyata keçirilib.
“VMF” istiqraz sahiblərinə ümumilikdə 32 500 manat həcmində faiz ödənişi edilib.
Qeyd edək ki, sözügedən istiqrazların illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.
“VMF” istiqrazlarının ilk faiz ödənişi münasibəti ilə bütün istiqraz sahiblərini təbrik edirik!
Növbəti faiz ödənişinin 19 yanvar 2024-cü il tarixində həyata keçirilməsi nəzərdə tutulub.