BLOQ

“Rus evi”nin bağlanması ilə bağlı rus şüvənliyi haqda

Moskva “Rus evləri” vasitəsilə görəsən hansı mədəniyyəti təbliğ edir?

“Rus evi”nin bağlanması ilə bağlı rus şüvənliyi haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Rus Evi”nin bağlanması ilə bağlı nota göndərildikdən sonra başlayan bütün bu rəngarəng kölələrin səs-küyü, eləcə də vurulan təyyarəyə göstərilən reaksiya bir orta məxrəcə gəlir: “Siz kimsiniz axı, iyvermişlər, yeriniz bilin!". Necə deyərlər, adi primitivizm.

    Və “Rusiya cəmiyyətinin qaymaqları”nın hansı vay-şüvənliyə başladığını seyr edərək, “Rus evləri” vasitəsilə görəsən hansı mədəniyyəti tanıtdıra biləcəklərini düşünməyə başladım. Belə getsə, onlar bizim etnik rus vətəndaşlarımızı da korlayacaqlar.

    Əksinə, bizim rus əsilli vətəndaşlarımızın Rusiyada “Rus evləri” açmasının vaxtı çatıb. Bəs bu heyvərələri haqq yoluna necə gətirək?

    Azərbaycan niyə günahlandırılır? Başa düşmürəm, Azərbaycan yalnız bildiriş göndərib, amma qurumu necə və kimin bağlaması ilkin araşdırma tələb edir. Düşünürəm ki, bu, oksigen çənləri ola bilər. Bir də orada səkidə göyərçinlər gördüm, onların elə yırtıcı görünüşü var idi ki, gəl görəsən. Sakitləşib əvvəlcə düzgün araşdırma aparmaq daha yaxşı olmazdımı?

    Bundan əlavə, əminəm ki, mühasibatlıqda da hər şey qaydasında deyil, bəlkə onları yoxlamağa başlayaq?