İran Fərid Səfərlini niyə tutmuşdu, niyə qaytardı?
Məlum olub ki, Fəridi Azərbaycanda həbsdə olan iranlı casusa dəyişiblər
Fərid Səfərli Azərbaycanda həbsdə olan iranlı casusun müqabilində qarşılıqlı prosedur çərçivəsində geri qaytarılıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin Fərid Səfərlinin qaytarılması ilə bağlı birgə məlumatından sonra müəyyən xarici dairələrin nəzarətində olan trollar ordusu fəallaşıb, çoxsaylı saxta profillər naməlum mənbədən eyni sözlərdən ibarət ifadələrdən mesajları şərh edib.
Şərhlərdə xüsusilə qeyd olunub ki, “Fərid Səfərlinin casusluqla məşğul olmasına baxmayaraq, saxlandığı ölkədə onunla yaxşı rəftar edilib, lakin buna layiq olmadığı halda, Azərbaycana qaytarılıb”.
Yaxınlarının dediyinə görə, Fərid Səfərli Almaniyada təhsil alıb və getdiyi İranda iki il həbsdə olub. Və onun vətənə qayıdışı Azərbaycanda həbsdə olan iranlı casusun müqabilində və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyər əsasında baş tutub. Azərbaycanın dövlət orqanlarının rəsmi məlumatına görə, qarşılıqlı prosedur çərçivəsində.
Saysız-hesabsız trolların köməyi ilə sosial şəbəkələrin Azərbaycan seqmentinə ideoloji müdaxilə etməyə çalışan, xarici dövlətlərin maraqlarını reallaşdırmaq üçün ölkə daxilində vəziyyəti qızışdırmağa çalışan texnoloqların ifraz etdikləri məlumatlara aldanmayın.