XƏBƏRLƏR / Siyasət

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib

Volodimir Zelenski İlham Əliyevə zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib.

    "Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Həmçinin ikitərəfli gündəlik çərçivəsində Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda vurğulanıb.