XƏBƏRLƏR / Kriminal

Xaçmaz Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb

Hadisəni törədən tələbə yoldaşı E.Mirzəyev polis tərəfindən saxlanılıb

Xaçmaz Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb.

    Hadisə tənəffüs vaxtı məktəbin yaxınlığındakı parkda qeydə alınıb. Tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən E.Mirzəyev polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.