Xaçmazda zəlzələ olub
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib
Xaçmaz rayonunda zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 05:58-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
1 dəqiqədən az