Xalq artisti Arif Babayevin vəziyyəti kritik ağırdır
Xanəndə Qaxda xəstəxanaya yerləşdirilib YENİLƏNİB

15:44
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.
O, dünən axşam saat 17:30 radələrində kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, A. Babayev dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.
Hazırda müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.
"Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - açıqlamada qeyd olunub.
***
14:27
Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə onun oğlu Yaşar Babayev məlumat verib.
Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.