Xalq yazıçısı Çingiz Abdullayev: Böyük Qayıdış qürur doğurur

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi təqdim edir VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • “İşğaldan azad olunmuş ərazilərə doğma sakinlərin dönüşü hər bir vətənpərvər azərbaycanlıda xüsusi qürur və iftixar hissi yaradır".

    Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşərkən belə deyib.

    Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəraitdə mərhələli qayıdışı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin ən böyük göstəricilərindəndir.

    Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.