Xankəndi Rumıniyanın Baia-Mare şəhərləri ilə qardaşlaşır
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniyanın Baia-Mare şəhərinin meri İoan Doru Dankusla görüşüb
Azərbaycanın Xankəndi və Rumıniyanın Baia-Mare şəhərləri qardaşlaşacaq.
Razılıq Azərbaycan Prezidentinin Xankəndi və Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubovla Rumıniyanın Baia-Mare şəhərinin meri İoan Doru Dankus arasında keçirilən görüşdə əldə edilib.
Görüşdə həmçinin Xankəndi və Baia-Mare arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
1 dəqiqədən az