XƏBƏRLƏR / Qayıdış

Xankəndi stadionunda ilk oyun noyabrın 19-da keçiriləcək

“Xankəndi” və “Karvan-Yevlax” komandaları üz-üzə gələcəklər

Xankəndi stadionunda ilk oyun noyabrın 19-da keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

    Peşəkar Futbol Liqasından bildirilib ki, I Liqanın VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları bu arenada üz-üzə gələcəklər.

    Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

    Qeyd edək ki, “Xankəndi” klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.