Xankəndidə aşkar edilən silah-sursatın ardı-arası kəsilmir
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib
Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.