XƏBƏRLƏR / Qayıdış

Xankəndidə 50 il sonra yenidən badminton üzrə ölkə yarışı

Çempionat 4 nömrəli tam orta məktəbdə təşkil olunub

Xankəndidə 50 il sonra yenidən badminton üzrə ölkə yarışı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:17

    Azərbaycan idmanında tarixi hadisə yaşanıb. Badminton üzrə Azərbaycan çempionatı 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində keçirilib.

    Sonuncu dəfə 1974-cü ildə badminton üzrə Azərbaycan çempionatına ev sahibliyi edən Xankəndi şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə bu dəfə final qarşılaşmaları oynanılıb.

    Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 32 oğlan və 12 qız 5 kateqoriya üzrə mübarizə aparıb.

    1974-cü ildə keçirilən turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.

    Qalib və mükafatçıları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.

    ***

    13:12

    Xankəndi şəhərində 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir.

    Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunan yarışda ölkə çempionatının final görüşləri oynanılır.