XƏBƏRLƏR / Qayıdış

Xankəndidə 81 kafe və restoran fəaliyyət göstərir

Bu barədə Xankəndi , Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinindən bildirilib

Xankəndidə 81 kafe və restoran fəaliyyət göstərir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarətmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Xankəndidə 2098 obyekt var. Hazırda şəhərdə 367 obyekt fəaliyyət göstərir. 

    Onlardan  81-i kafe, restoran, 4-ü dönər evi, 22-si otel, mehmanxana,  72-si  market, mağaza, 6-sı aptek, 23-ü bərbərxana, gözəllik salonu, 3-ü dərzi, 2-si mobil operator, 3-ü playstation oyun salonu, 2-si camaşırxana, 22-si istehsalat sahəsi, 4-ü çörək istehsal sahəsi , 12-si avtoservis, 6-sı avtoyuma, 1-i YDM,  4-ü avtoehtiyat hissələri mağazası, 3-ü yükdaşıma, 33-ü ofis, 64-ü həyat təminedici sahələrdir.