Xankəndidə "Qarabağ"ın ilk futbol matçı
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq
Bu gün Xankəndi şəhərində Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”-MOİK oyunu keçiləcək.
Xankəndi stadionunda reallaşacaq tarixi oyun saat 14:00-da başlayacaq.
Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçı stadiondan canlı izləyəcək.
Xatırladaq ki, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq.