XƏBƏRLƏR / Qayıdış

Azad edilmiş ərazilərdə iyulda 649 mina, 3079 PHS aşkarlanıb

ANAMA məlumat verir

Azad edilmiş ərazilərdə iyulda 649 mina, 3079 PHS aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə iyul ayı üçün məlumat açıqlanıb.

    ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 359 piyada əleyhinə mina, 290 tank əleyhinə mina, 3079 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 6905.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.