Xankəndidə separatçıların oyuncaq "parlamenti" toplanır
Toplantı naməlum səbəbdən gecə 23:00-a təyin edilib
Bu gün 23:00-da Xankəndidə oyuncaq "deputatlar" oyuncaq "parlamentin" iclasını təyin ediblər. Toplantının belə gec keçirilməsinin səbəbinə aydınlıq gətirilmir.
Bundan əvvəl separatçılar arasında qondarma "prezident" Araikin istefaya göndərilməsi və "müdafiə komitəsinin" yaradılması kimi məsələlər müzakirə edilirdi.