Son bir həftədə (29 iyun-5 iyul) polis əməkdaşları Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 ədəd müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatlar aşkar edilərək götürülüb.