XƏBƏRLƏR / Qayıdış

Xankəndidə silah-sursat tapıldı

Bu barədə DİN məlumat yayıb

Xankəndidə silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

    Bu barədə DİN məlumat yayıb. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.