XƏBƏRLƏR / Hərbi

Xankəndidə yenə silah-sursat tapıldı

DİN xəbər verir

Xankəndidə yenə silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gün Xankəndi şəhəri ərazisində 13 silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, fevralın 19-da 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.