XƏBƏRLƏR / Qayıdış

Xankəndidə yenə silah-sursat tapıldı

DİN xəbər verir

Xankəndidə yenə silah-sursat tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 9-da Xankəndi şəhəri ərazisində 11 avtomat silahı, 4 tapança, 1 tüfəng aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, aprelin 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.