Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Ötən gün də Xankəndiyə dizel və Aİ 92 markalı benzin daşıyan avtomobillərin gedişi təmin edilmişdi
Qarabağda yaşayan erməni əsilli sakinlər üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha bir nəqliyyat vasitəsi göndərilib.
Yanacaq daşıyan avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, yanacaq Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsi ilə bağlı xahişləri nəzərə alınaraq Azərbaycan mərkəzi hökuməti tərəfindən göndərilib. Ötən gün də Xankəndiyə dizel və Aİ 92 markalı benzin daşıyan avtomobillərin gedişi təmin edilmişdi.