XƏBƏRLƏR / Təbiət

Xəbərdarlıq: 76 metrlik asteroid Yerə yaxınlaşır

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi məlumat yayıb

Xəbərdarlıq: 76 metrlik asteroid Yerə yaxınlaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2023-cü il mayın 12-də 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Onun uzunluğu 76 metrdir. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb. 

    Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O saatda 32 184 km sürətlə hərəkət edir.

    NASA mütəxəssisləri adətən potensial təhlükəli astronomik obyektlər statusunu onlar Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olarsa verirlər. Belə cisimlər quruda və ya okeanda əhəmiyyətli dağıntılara səbəb ola bilər. 2023 NT4 asteroidi eyni zamanda hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.