XƏBƏRLƏR / Hava

XƏBƏRDARLIQ: Temperatur enəcək, qar yağacaq

Hava şəraiti ilə bağlı xəbərdarlıq

XƏBƏRDARLIQ: Temperatur enəcək,  qar yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.