XƏBƏRLƏR / Hava

Şərur rayonuna dolu yağıb

Naxçıvan MR Hidrometeorologiya Mərkəzi bildirir

Şərur rayonuna dolu yağıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şərur rayonunun Axura kəndinə dolu yağıb.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, müşahidələrə əsasən, yağan dolu dənələrinin diametri 5 millimetr təşkil edib.

    Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti davam edir. Hava şəraitinin həftə sonunadək fasilələrlə müşahidə olunacağı gözlənilir. Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.