XƏBƏRLƏR / Hava

Sabah Azərbaycan ərazisində 39 dərəcə isti olacaq

İyulun 12-da gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycan ərazisində 39 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.