XƏBƏRLƏR / Hava

Bəzi yerlərdə leysan olub

Faktiki hava

Bəzi yerlərdə leysan olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-sı saat 12:00-a olan məlumatına əsasən, ölkənin bir sıra ərazilərində yağıntılı hava şəraiti müşahidə olunub.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bəzi yerlərdə yağıntılar leysan xarakterli olub.

    Belə ki, düşən yağıntının miqdarı Daşkəsəndə 10, Gədəbəydə 6, Göygöldə 5, Tərtərdə 3, Bərdə və Yevlaxda 2, Kəlbəcər, Laçın, Qubadlı, Qusar, Quba, Xaltan, Şabran, Gəncə, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Oğuz, Qax, Naftalan, Göyçay, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.