XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində Azərbaycan gəmilərinə xəbərdarlıq göndərilib

Hava şəraiti kəskin sürətdə dəyişir

Xəzər dənizində Azərbaycan gəmilərinə xəbərdarlıq göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC pisləşən hava şəraiti ilə əlaqədar Xəzərdə gəmilərə xəbərdarlıq edib.

    Bu gün səhər saatlarından aprelin 1-i axşamadək hava şəraitinin proqnozlaşdırılan pisləşməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, şirkətin istehsalat sahələrində belə havalarda təhlükəli ola biləcək işlər maksimum həddədir.

    Xatırladaq ki, bu gün gündüzdən aprelin 1-i gündüzədək küləyin sürəti 18-23 m/s, bəzi yerlərdə 25-28 m/s, hətta açıq dənizdə 30-35 m/s-dək güclənəcək. . Dalğanın hündürlüyü 2-4 metr, bəzən 5,5-7,5 metrə çatacaq.