XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində zəlzələ olub

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər

Xəzər dənizində zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 2-də Qusar stansiyasından 63 kilometr şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 23:03-də qeydə alınan zəlzələnin maqnitudası 3.3-ə bərabər olub.

    Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.