XƏBƏRLƏR / Ekologiya

Xəzər dənizinin Qazaxıstan sahillərində ölü suitilər tapılıb

Bu barədə bloger Azamat Sarsenbayev məlumat yayıb

Xəzər dənizinin Qazaxıstan sahillərində ölü suitilər tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəzər dənizinin Qazaxıstan sahillərində üç yetkin suiti cəsədi tapılıb.

    Bloger Azamat Sarsenbayev ölü heyvanların tapıldığı yerdən məlumat yayıb. Onun sözlərinə görə, payızda belə hallar təkrarlanır.

    Xəzər suitisi endemikdir və bu dənizin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qida mənbəyi balıqlar, əsasən kilkə, aterinkimilər, həmçinin molyuska və krevetlərdir.

    Bu heyvanların yaşam tərzi mövsümi miqrasiya ilə xarakterizə olunur: onlar qışda dənizin şimal hissəsində cəmləşir, istilərin başlaması ilə Orta və Cənubi Xəzər dənizinə köç edirlər.

    2024-cü ilin iyulunda Qazaxıstan hökuməti elmi araşdırmalar üçün 156 Xəzər suitisinin götürülməsinə icazə verib. Tədqiqatın məqsədi bu nadir və nəsli kəsilməkdə olan növü daha dərindən öyrənmək üçün heyvanları etiketləməkdir.