XƏBƏRLƏR / Hərbi

"Xəzri-2025" birgə taktiki təlimləri başlayır

Bu barədə Müafiə Nazirliyindən məlumat verilib

"Xəzri-2025" birgə taktiki təlimləri başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.