Pentaqonun rəhbəri İsrailə gəlib
Onun İsrailin Baş naziri və müdafiə naziri ilə görüşü nəzərdə tutulub
ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib.
Bu barədə AFP məlumat yayıb.
Onun İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantla görüşü nəzərdə tutulub. Bir gün əvvəl ABŞ Dövlət katibi Antoni Blinken Tel-Əvivdə mətbuat konfransı zamanı söz vermişdi ki, Amerika var olduqca İsrail heç vaxt tək qalmayacaq.
İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də, İsrail əraziləri silahlıların kütləvi atəşə tutulması ilə başlayıb. İsrailin Baş naziri Binyamin Netanyahu zorakılıq tətbiq etdiyinə görə HƏMAS yaraqlılarını məhv edəcəyinə söz verib.
Son məlumatlara görə, İsraildə 1.3 mindən çox, Fələstində isə 1.5 min nəfər həyatını itirib. Hər iki tərəfdən bir neçə min insan yaralanıb.