XƏBƏRLƏR / İctimaiyyət

XİN: Mina qurbanlarının sayı 337-yə çatıb

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib

XİN: Mina qurbanlarının sayı 337-yə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Bununla da mina qurbanlarının sayı 337-yə çatıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.