XƏBƏRLƏR / İctimaiyyət

Qazaxda narkotacirlər saxlanıldı FOTO

DİN xəbər verir

Qazaxda narkotacirlər saxlanıldı FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli Eyvaz Bayramov üzərindən aşkarlanan  heroini Maral adlı qadından aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində narkotik maddəni satmaqda şübhəli bilinən Maral Osmanova saxlanılmış və onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə narkotik vasitə olan heroin və müxtəlif psixotrop həblər aşkarlanaraq götürülüb. 

    Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Elcan Dilbazinin yaşadığı evə baxış keçirilən zaman oradan 36 ədəd kibrit qutusunda saxlanılmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə gətirilən, Tovuz rayon sakini Ramil Verdiyevdən metamfetamin, Qazax rayon sakini Azər Yusifovdan isə heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    Bundan başqa, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli,  ov silahlarını polisə könüllü təhvil veriblər. 4-ü yivli olmaqla ümumilikdə 15 silah polis əməkdaşları tərəfindən qəbul edilərək müvafiq ekspertizaya təqdim edilib.