XƏBƏRLƏR / Fəlakət

XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Nepal-Çin sərhəd bölgəsində baş verən daşqın nəticəsində 100-ə yaxın insan ölüb

XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

    XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımını təqdim edirik:

    "Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.

    Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

    Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək".