XƏBƏRLƏR / Kriminal

Azərbaycanlıların kütləvi həbsi ilə bağlı rəsmi açıqlama

Məlumatı Rusiya KİV-i yayıb

Azərbaycanlıların kütləvi həbsi ilə bağlı rəsmi açıqlama
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Yekaterinburqda ötən illərdə şəhərdə baş vermiş “cinayət hadisələri” ilə bağlı bir sıra şəxslər saxlanılıb. 

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.

    Rusiya Federasiyası İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətlərinin birgə məlumatına görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə əməkdaşları, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birlikdə, Rusiya Milli Qvardiyasının qüvvələrinin dəstəyi ilə keçmiş illərdə törədilmiş cinayət işlərinin bir hissəsi olaraq, Xüsusi Çevik Cavab tədbirləri həyata keçiriblər: "Ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətləri törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb, onların yaşayış yerlərində axtarışlar aparılıb. Şübhəlilərin istintaq altında olan və digər cinayətlərdə iştirakları yoxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaqın maraqları naminə indiki mərhələdə daha ətraflı məlumat açıqlamır".

    O, keçən illərin cinayətləri ilə bağlı cinayət işlərinin istintaqı çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini açıqlayıb.

    Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

    ***

    08.00

    Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin ( FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.

    Saxlanılanlar hamısı qardaş və əmioğludurlar.

    Məlumata görə, hazırda iki nəfər vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlanılır, digər 9 nəfər isə polisdədir. Saxlanılanlar hamısı Rusiya vətəndaşı olan azərbaycanlılardır.

    Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri - Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşıdır. Səfərov qardaşlarının cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi bildirilir.

    Əslən Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.

    Rəsmi təsdiqlənməyən məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətl hadisəsi olub.