XƏBƏRLƏR / Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib

Bəxtiyar Muradov xuliqanlıq hərəkətlərini törətməkdə şübhəli bilinir

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron rayonunun Xırdalan şəhərində gecə saatlarında orta məktəblərdən birinin şüşələri daş parçaları ilə sındırılıb.

    Polis xuliqanlıq hərəkətlərini törətməkdə şübhəli bilinən Bəxtiyar Muradovu saxlayaraq həbs edib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.