XƏBƏRLƏR / Qayıdış

Xocalıda teleqüllə inşa ediləcək

İnşaat işlərini “Körpü-Bina-Tikinti" MMC həyata keçirəcək

Xocalıda teleqüllə inşa ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq.

    “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.

    İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.

    Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. (Trend)