XƏBƏRLƏR / Kriminal

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

DİN xəbər verir

Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

    Araşdırmalarla yanğının rayona qonaq gəlmiş 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

    P.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.