Kornidzorda dayanan yük maşınları hərbi daşımalarda tutulub
44 günlük müharibə zamanı şirkət humanitar yardım adı altında Qarabağa hərbi ləvazimat keçirməyə cəhd edib
Laçın yolundan Xankəndiyə keçmək istəyən 19 yük maşını Ermənistanın “Spayka” nəqliyyat şirkətinə məxsusdur. Bu şirkət 44 günlük müharibə zamanı humanitar yardım adı altında Moskva və İrəvandan Qarabağa hərbi daşımalar həyata keçirməyə cəhd edib.
Bu gün Laçın yolu ilə və sülhməramlılar vasitəsilə (yoxlamadan) bu şirkət tərəfindən “humanitar yük”lərin daşınmasını müdafiə edən Qərb siyasətçiləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü faktiki olaraq dəstəkləyirlər.