XƏBƏRLƏR / Qayıdış

Xocalının Şuşakənd, Ballıca və Badara kəndlərinə köç gedib

Bu mərhələdə Şuşakəndə 14, Ballıcaya 9 və Badaraya 6 ailə köçürülür

Xocalının Şuşakənd, Ballıca və Badara kəndlərinə köç gedib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:38

    Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.

    Bu mərhələdə kəndə 14 ailə (51 nəfər) köçürülüb.

    ***

    13:15

    Xocalı rayonuna yola salınan növbəti köç karvanları Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb.

    Bu mərhələdə Ballıcaya 9 (38 nəfər), Badaraya isə 6 ailənin (18 nəfər) qayıdışı təmin edilib.

    ***

    12:18

    Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.

    Bu mərhələdə Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər) və Badaraya 6 ailə (18 nəfər) köçürülür.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2177 nəfər (590 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 592 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 95 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 477 nəfər (110 ailə)
    Ballıca (Xocalı rayonu) - 1054 nəfər (237 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 378 nəfər (110 ailə)
    Təzəbinə (Xocalı) - 561 nəfər (128 ailə)
    Xıdırlı (Ağdam) - 1986 nəfər (508 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 374 nəfər (96 ailə)
    Şuşakənd (Xocalı) - 281 nəfər (75 ailə)
    Qırmızı Bazar (Xocavənd) - 165 nəfər (46 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 105 nəfər (27 ailə)
    Badara (Xocalı) - 154 nəfər (42 ailə)
    Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 450 nəfər (108 ailə)
    Horovlu (Cəbrayıl) - 607 nəfər (150 ailə)
    Məmmədbəyli (Zəngilan) 464 nəfər (93 ailə)

    Cəmi: 22 705 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.