13:40
Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 19 ailə (88 nəfər), Quzeyxırman kəndinə 13 ailə (61 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 ailə (42 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
13:03
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə yola salınan köç karvanları Xocavənd şəhərinə çatıb.
Bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) köçürülüb.
***
12:16
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 43 ailədən (191 nəfər) ibarət növbəti köç karvanları yola salınıb.

Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) qayıdışı təmin edilib.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1157 nəfər (295 ailə)
Kolatağ - 175 nəfər (48 ailə)
Vəngli - 595 nəfər (149 ailə)
Aşağı Oratağ - 594 nəfər (122 ailə)
Çapar - 192 nəfər (54 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 165 nəfər (41 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
Kiçik Qaladərəsi - 90 nəfər (26 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1071 nəfər (241 ailə)
Təzəbinə - 831 nəfər (182 ailə)
Xanyurdu - 498 nəfər (138 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 400 nəfər (130 ailə)
Seyidbəyli - 259 nəfər (71 ailə)
Daşbulaq - 133 nəfər (33 ailə)
Xanabad - 146 nəfər (39 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Şükürbəyli - 1756 nəfər (400 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1649 nəfər (388 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 1305 nəfər (518 ailə)
Hadrut - 261 nəfər (64 ailə)
Qırmızı Bazar - 940 nəfər (222 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 202 nəfər (74 ailə)
Quzeyxırman - 230 nəfər (52 ailə)
Güneyxırman - 175 nəfər (39 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 332 nəfər (76 ailə)
Kərkicahan - 210 nəfər (51 ailə)
Cəmi: 36 793 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.
4 dəqiqə