XƏBƏRLƏR / İctimaiyyət

Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil verildi

Nağıyev Cahid Səfa oğlu 30 il əvvəl Xocavənd rayonunun Edilli kəndində itkin düşüb

Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil verildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib.

    Hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Nərminanov rayonundakı evinə aparılır.

    Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

    O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

    Qeyd edək ki, C.Nağıyev 1993 il avqustun 8-də Füzuli rayonu “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.