“Xudafərin" hidroqovşağının tikintisi yekunlaşır
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib
 
                                Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işləri 96% yekunlaşıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkdik. “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olduq, cari vəziyyəti dəyərləndirdik. Hər iki hidroqovşaq üzrə işlərin 96%-i yekunlaşıb”, - paylaşımda qeyd olunur.

 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            