Xudafərin-Qubadlı-Laçın yolunda işlərin 50 %-i tamamlanıb
Yolun tikintisinə 2021-ci ildə başlanılıb
Xudafərin-Qubadlı-Laçın yolunda işlərin yarısı tamamlanıb.
Bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.
Bildirilib ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb.
Bu yolun 2024-cü ilin sonuna tamamlanacağı qeyd olunub.
Xudafərin- Qubadlı - Laçın yolunun layihələndirilməsi zamanı tikinti altına bir neçə məzarlıq düşüb.
Bildirilib ki, yolun tikintisi zamanı Qubadlıda aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparıIaraq avtomobil yolunun 18+800 km-də 61 məzar, 36+500 - 36+700 km-lər arası XVII əsrə aid olan Yaxşının qəbri və 30+450 km-də Seyyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.