Yanvarın 19-da İlk türk astronavtı kosmosa uçacaq
Bu kosmik missiya Türkiyənin milli Ay proqramının həyata keçirilməsinin başlanğıcı hesab edilir
Alper Gezeravci yanvarın 19-da Beynəlxalq Kosmik Stansiyasına yollanacaq. Onunla birlikdə İtaliya, İspaniya və İsveçdən olan astronavtlar Yer orbitinə çıxmalıdırlar. Raket Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən qalxacaq.
Missiya çərçivəsində türk astronavtı 14 gün qalacağı müddətdə 13 elmi təcrübə aparacaq. Onun missiyası Türkiyənin kosmik proqramından elmi tədqiqatlar və texnoloji irəliləyişlər üçün istifadə etmək öhdəliyini vurğulayacaq. Türkiyə hakimiyyəti bu kosmik missiyanı ölkənin milli Ay proqramının həyata keçirilməsinin başlanğıcı hesab edir.