XƏBƏRLƏR / Seçki

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb.

    Bu barədə qərar YAP İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

    Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olub.

    Daha sonra Yeni Azərbaycan Partiyasının növbədənkənar Prezident seçkilərinə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri müəyyənləşib.

    YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin edilib.

    Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.