XƏBƏRLƏR / Elm və Texnologiya

Yapon kosmik aparatı Ay orbitinə daxil olub

Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb

Yapon kosmik aparatı Ay orbitinə daxil olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiyanın "SLIM" aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.

    Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

    "JAXA böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir", - məlumatda deyilir.

    Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.