XƏBƏRLƏR / Elm və Texnologiya

Yaponiyanın kosmik raketi partlayıb VİDEO

Problemin nədən ibarət olduğu açıqlanmır

Yaponiyanın kosmik raketi partlayıb VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yaponiyanın “Space One” şirkəti tərəfindən hazırlanmış kiçik, bərk yanacaqla işləyən “Kairos” raketi çərşənbə günü ilk buraxılışından qısa müddət sonra partlayıb. Bu raket orbitə ilk dəfə peyk çıxaran yerli istehsal məhsulu olub.

    VİDEO

    “Reuters” agentliyi xəbər verir ki, 18 metr hündürlüyü olan raket səhər saatlarında havaya qalxdıqdan bir neçə saniyə sonra partlayıb və geridə böyük bir tüstü buludu, yanğın, raketin fraqmentlərini və buraxılış meydançasının yaxınlığında görünən yanğınsöndürmə sularını buraxıb. Yerli media buraxılışı canlı yayımlayıb.

    “Space One” Yaponiyanın qərbindəki dağlıq Kii yarımadasının kənarında buraxılışdan sonra "uçuşu dayandırdığını" və qəza ilə bağlı məlumatları araşdırdığını bildirib. Yerli Vakayama hökumətinin qubernatoru Şuhei Kişimoto jurnalistlərə bildirib ki, problem zamanı avtonom uçuşu dayandırma sistemi işə salınıb. O, problemin nədən ibarət olduğunu açıqlamayıb. Kişimoto əlavə edib ki, buraxılış meydançasının yaxınlığında xəsarət alan olmayıb və yanğın söndürülüb.

    “Space One” bildirib ki, buraxılış yüksək səviyyədə avtomatlaşdırılıb, o cümlədən uçuşu dayandırma funksiyası və yerüstü idarəetmə mərkəzində onlarla işçi çalışıb.